Bu futbol komandamız Xankəndini təmsil edəcək

İDMAN bölməsi

09:41 - 26 Oktyabr 2023

 Bu futbol komandamız Xankəndini təmsil edəcək

Futbol üzrə milli komandamızın sabiq üzvlərinin minifutbol üzrə ölkə çempionatında çıxış edəcəyi barədə məlumat yayılmışdı. Karyerasını başa vuran Əfran İsmayılovun yaratdığı komandanın adı artıq müəyyənləşib.

Yenipress.az xəbər verir ki, bu barədə sabiq futbolçu Publika.az-a məlumat verib.

Ə. İsmayılov Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla görüşdə komandanın "Xankəndi" adıyla çıxış etməsinə qərar verildiyini bildirib.

Federasiya rəhbəri ötən gün ilk məşqini keçirən futbolçulara dəstək olacaqlarını bildirib. Məşq edilməsi üçün şərait yaradılacaq və digər məsələlərdə köməklik ediləcək.

Əfran İsmaylovun sözlərinə görə, əsas planlardan biri də yaxın gələcəkdə "Xankəndi"nin təmsil etdiyi şəhərdə ev oyunlarını keçirməsi və rəqiblərini orada qəbul etməsidir.

Federasiya rəhbərliyi bununla bağlı da addımlar atacaq.

Xəbər xətti