Bakıda gəlinini güllələyən kişi özü də öldü - Görün, kim imiş

KRİMİNAL bölməsi

15:05 - 20 Oktyabr 2023

 Bakıda gəlinini güllələyən kişi özü də öldü - Görün, kim imiş

Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra dərman içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib.

Əldə etdiyimiz digər məlumata görə, Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb. O, bir çox orden və medallara layiq görülübmüş.

Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəminində qətlə yetirdiyini bildirib.

O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.

Daha sonra Yaşar Dadaşov intihara cəhd edib. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Mərkəzə daxil olarkən koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti