Salah bir həftədə bu qədər qazanır - Fantastik rəqəm

İDMAN bölməsi

13:13 - 2 Oktyabr 2023

 Salah bir həftədə bu qədər qazanır - Fantastik rəqəm

"Liverpul"un hücumçusu Məhəmməd Salah həftəlik minimum 1 milyon avro qazanır.

Yenipress.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun müşaviri və vəkili Rami Abbas danışıb. The Guardian xəbər verir ki, bu məbləğə təkcə klubdakı maaş deyil, həm də kommersiya əməliyyatlarından əldə olunan gəlirlər daxildir.

Abbas bu barədə Harvard Biznes Məktəbinin araşdırması çərçivəsində danışıb.

"Liverpul"un Salaha nə qədər ödədiyi araşdırmada göstərilməyib. Qeyd olunur ki, klubdakı mənbələrdən əldə edilən məlumata görə, futbolçu gəlirinin böyük hissəsini “Adidas”, Misirdəki “Bank of Alexandria”, “PepsiCo”, “Gucci” və “Mountain View” daşınmaz əmlak brendi ilə əməkdaşlıq yolu ilə əldə edir.

Xəbər xətti