“Vaqner” Belarus polisləriniə təlim keçəcək

DÜNYA bölməsi

10:33 - 25 İyul 2023

 “Vaqner” Belarus polisləriniə təlim keçəcək

Belarusun daxili işlər naziri İvan Kubrakov “Vaqner”in nümayəndələri ilə görüşüb, onlarla qarşılıqlı əlaqə müzakirə edilib. İclasda nazirliyin xüsusi təyinatlı dəstələrinin rəisləri də iştirak ediblər.

Yenipress.az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Gündəliyə özəl hərbi şirkətlə qarşılıqlı əlaqə və onun təlimatçıları tərəfindən döyüşçülərimizin hazırlanması məsələləri daxil idi. Tərəflər aydın fəaliyyət planı hazırlayıb, müəyyən növ avadanlıqların istifadəsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.

Nazir görüşdə Belarus sərhədləri yaxınlığında çətin vəziyyəti barədə də danışıb:

“Bununla bağlı “Vaqner”in  praktiki təcrübəsi böyük əhəmiyyət kəsb edir”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər