Gülüstanda hicaba görə daha 6 iş yeri bağlandı

DÜNYA bölməsi

17:44 - 24 İyul 2023

 Gülüstanda hicaba görə daha 6 iş yeri bağlandı

İranda türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətində 6 turizm və istirahət mərkəzinin lisenziyası məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün ləğv edilib.

Yenipress.az xəbər verir ki, bu barədə əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Mahmud Cavad Savəri məlumat verib.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti qadağan edilib.

Xəbər xətti


Digər xəbərlər