İranlılar Almaniyada etiraz aksiyası keçirdi

DÜNYA bölməsi

17:26 - 24 İyul 2023

 İranlılar Almaniyada etiraz aksiyası keçirdi

Almaniyada yaşayan mühacir iranlılar 1988-ci ildə İranda siyasi məhbusların kütləvi şəkildə edam edilməsində rol oynayan Hüseynəli Nirinin Almaniyada müalicə olunduğu klinikanın qarşısında etiraz aksiyası keçiriblər.

Yenipress.az xəbər verir ki, bu barədə Almaniyanın "Press portal" saytı məlumat yayıb.

"Alman-İsrail Assosiasiyasının rəhbəri Volker Bek Hüseynəli Nirinin Almaniyada olması barədə Aşağı Saksoniya əyalətinin prokuroru və kriminal polisinə, Almaniya Daxili İşlər Nazirliyinə məlumat verib. V.Bek onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsinə baxmayaraq konkret tədbir görülməyib",- məlumatda bildirilib.

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə Hüseynəli Nirinin də üzvü olduğu “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib.

Xəbər xətti


Digər xəbərlər