Rusiyanın gözləntisi həyata keçsə, sazişə qayıdacaq – Ərdoğan

DÜNYA bölməsi

14:46 - 21 İyul 2023

 Rusiyanın gözləntisi həyata keçsə, sazişə qayıdacaq – Ərdoğan

Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik. Rusiya da taxıl dəhlizinin aktiv fəaliyyətinə tərəfdardır.

Yenipress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Nəticələri baxımından həyati əhəmiyyət daşıyan bir təşəbbüsün davam etdirilməsi bəşəriyyətin xeyrinədir. İnanıram ki, proses uzanmadan Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik. Hazırda Rusiya ilə danışıqları davam etdiririk. Həm xarici işlər naziri Hakan Fidan, həm də MİT rəhbəri İbrahim Kalın Rusiya ilə təmasdadır. Bu məsələni tezliklə cənab Putinlə müəyyən mərhələyə qaldıracağıq. Rusiyanın da müəyyən gözləntiləri var. Əgər bunlar keçərsə, Rusiya bu taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır", - Ərdoğan qeyd edib.

Xəbər xətti


Digər xəbərlər