Rusiya və İran hərbi əməkdaşlığı müzakirə etdi

DÜNYA bölməsi

13:48 - 21 İyul 2023

 Rusiya və İran hərbi əməkdaşlığı müzakirə etdi

Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə və maddi-texniki təchizat nazirinin müavini, briqada generalı Höcətullah Koreyşi ilə danışıqlar aparıb.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Rusiya və İran arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Tərəflər regional təhlükəsizlik və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Danışıqların ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri ətrafında aparıldığı bildirilir.

Xəbər xətti


Digər xəbərlər