Rusiya Kiyev-Avropa münasibətlərini pisləşdirməyə çalışır

DÜNYA bölməsi

11:18 - 21 İyul 2023

 Rusiya Kiyev-Avropa münasibətlərini pisləşdirməyə çalışır

Rusiya taxıl müqaviləsini pozmaqla və Ukrayna limanlarına zərbə endirməklə, Kiyevlə AB ölkələri arasında münasibətləri pisləşdirməyə çalışır ki, bu da taxıl ixracının alternativ yollarının aktiv axtarışı ilə bağlıdır.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“AB Rusiyanın Qara dəniz sazişindən çıxmasını kompensasiya etmək üçün daha çox Ukrayna taxılını avtomobil və dəmir yolu ilə daşımağa çalışır. Mərkəzi Avropanın beş ölkəsi - Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstan AB-ni Ukraynadan taxıl idxalına qoyulan qadağanı ən azı ilin sonuna qədər uzatmağa çağırıb. Polşanın Baş naziri Moraveski də bildirib ki, AB bununla razılaşmasa belə, Polşa sentyabrın 15-dən etibarən Ukrayna taxılının ixracına qoyduğu qadağanı saxlayacaq. Ukraynanın Baş naziri Şmıqal Polşanın qadağanı uzatmaq qərarını pisləyib və əlavə edib ki, bu, qlobal ərzaq təhlükəsizliyinə, eləcə də Ukrayna iqtisadiyyatına ciddi təsir edəcək qeyri-dost, populist addımdır”, - məlumatda deyilir.

Xəbər xətti


Digər xəbərlər