Qərbin Ukraynaya göndərdiyi silah və texnika oğurlanıb

DÜNYA bölməsi

10:46 - 21 İyul 2023

 Qərbin Ukraynaya göndərdiyi silah və texnika oğurlanıb

Qərbin Ukraynaya verdiyi silah və avadanlıqların bir hissəsi cinayətkar təşkilatlar, könüllü işçilər və silah alverçiləri tərəfindən oğurlanıb.

Yenipress.az xəbər verir ki, bu barədə CNN Pentaqonun baş müfəttişinin hazırladığı hesabata istinadən məlumat yayıb.

“Sənəddə 2022-ci ilin fevral-sentyabr aylarında Kiyevə təhvil verilmiş avadanlığın oğurlanması və satılması cəhdləri əks olunub. Belə ki, iyun ayında özlərini humanitar missiya işçiləri kimi təqdim edən təcavüzkarlar təxminən 17 min dollar dəyərində bədən zirehi oğurlayıblar. Avqust ayında könüllülərdən ibarət batalyonun üzvləri isə qara bazarda satmaq üçün 60 tüfəng və minə yaxın patron oğurlayıblar. Cəhdlərin qarşısı Ukrayna təhlükəsizlik xidmətləri tərəfindən alınıb”, - məlumatda deyilir.

Xəbər xətti


Digər xəbərlər