İranda son 10 ilin edam statistikası açıqlandı

DÜNYA bölməsi

10:43 - 21 İyul 2023

 İranda son 10 ilin edam statistikası açıqlandı

İranda son 10 il ərzində 41-i azyaşlı olmaqla azı 4829 nəfər müxtəlif ittihamlara görə edam edilib.

Yenipress.az xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, edam edilənlərdən 2196 nəfər narkotik maddələrin alverində günahlandırılıb.

Təşkilat cari ilin may ayının əvvəlindən bu günə kimi İranda hər gün ortalama 10 məhkumun edam edildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı yeni press-relizində bu il İranda narkotiklə bağlı edamların sayının 3 dəfə artdığını yazıb. Həmçinin, İran həbsxanalarının qətl mərkəzlərinə çevrildiyini bəyan edib.

Xəbər xətti


Digər xəbərlər