Tehran-Qahirə aviareysi açılır

DÜNYA bölməsi

11:48 - 1 İyun 2023

 Tehran-Qahirə aviareysi açılır

İran-Misir və əksinə uçuşlar üçün heç bir məhdudiyyət yoxdur.

Yenipress.az xəbər verir ki, bunu İran Mülki Aviasiya Təşkilatının rəhbəri, İranın yollar və şəhərsalma nazirinin müavini Məhəmməd Məhəmmədibəxş deyib.

O, İran hava donanmasının birbaşa uçuşlara hazır olduğunu bildirib:

 

“Xarici İşlər Nazirliyinin hazırlıqları tamamlamasından sonra Mülki Aviasiya Təşkilatı Tehran-Qahirə aviareysinin qurulması üçün hərəkətə keçəcək”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi Misirlə münasibətlərin yaxşılaşdırılması və əlaqələrin genişləndirilməsi ilə bağlı xüsusi tapışırıq verib. Misiri İsraillə danışıqlar apardığına görə islam dünyasına xəyanətdə günahlandıran Tehran hakimiyyəti beynəlxalq təzyiqləri azaltmaq üçün Misir və digər ərəb ölkələri ilə münasibətlərin yumşaldılmasına çalışır.

Xəbər xətti