Güneyli idmançıya qarşı yeni ittihamlar irəli sürüldü

İDMAN bölməsi

13:19 - 12 Aprel 2023

 Güneyli idmançıya qarşı yeni ittihamlar irəli sürüldü

Tehranda yaşayan və hazırda həbsdə olan güneyli idmançı Səhənd Nurməhəmmədzadəyə qarşı yeni ittihamlar irəli sürülüb.

Yenipress.az xəbər verir ki, bu barədə onun vəkili Hamid Əhmədi məlumat yayıb.

O, müvəkkilinə qarşı “yalan məlumatlar yaymaq” və “ictimai rəyi təhrik etmək” ittihamlarının irəli sürüldüyünü deyib.

“Bu, Səhənd Nurməhəmmədzadənin istintaq dövrü baş verənlərlə bağlı səs yazısının yayılmasından sonraya təsadüf edir. Səs faylında güneyli idmançı bildirir ki, məcburi etiraf üçün ona işgəncə verilib və ölümlə hədələnib”, - o qeyd edib.

Səhənd Nurməhəmmədzadə hazırda təkadamlıq kameraya salınıb və barəsində heç bir məlumat verilmir.

Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi güneyli idmançı Səhənd Nurməhəmmədzadəni "müharibə" ittihamı ilə öncə edama məhkum edib. O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilib.

Xəbər xətti


Digər xəbərlər