Paşinyan sərhədlə bağlı əsas nümayəndəsini təcili ABŞ-a göndərdi

SİYASƏT bölməsi

12:10 - 12 Aprel 2023

 Paşinyan sərhədlə bağlı əsas nümayəndəsini təcili ABŞ-a göndərdi

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ dövlət katibinin müavininin köməkçisi Erik Olsonla görüşüb.

Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Qriqoryan-Olson görüşü Vaşinqtonda baş tutub. Ermənistan baş nazirinin müavini həmçinin ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono ilə də bir araya gəlib və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Qriqoryan amerikalı nümayəndələrlə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi haqda danışıqların gedişindən danışıb.

Qeyd edək ki, Mqer Qriqoryan aprelin 7-dən ABŞ-dadır. Ermənistan rəsmiləri onun Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun görüşlərində iştirak üçün Vaşinqtona getdiyini açıqlamışdı. Maraqlı olan Mqer Qriqoryanın Ermənistanın Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi üçün əsas nümayəndəsi olmasıdır.

Xəbər xətti