Sərhəddə erməni təxribatı: Hərbi Prokurorluq məlumat yaydı

GÜNDƏM bölməsi

11:38 - 12 Aprel 2023

 Sərhəddə erməni təxribatı: Hərbi Prokurorluq məlumat yaydı

Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanılıb.

Hərbi Prokurorluqdan Yenipress.az-a verilən məlumata görə, 11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk.

Vətən var olsun!

Xəbər xətti