Akopyan dünənki döyüşlərdən sonra açıqladı: Tələyə düşdük!

SİYASƏT bölməsi

11:27 - 12 Aprel 2023

 Akopyan dünənki döyüşlərdən sonra açıqladı: Tələyə düşdük!

Azərbaycanlılarla əməkdaşlığa görə rusiyalı sülhməramlıları günahlandırmaq olmaz.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Xankəndidəki saxta “ardurutyan partiyasının sədri” Akop Akopyan deyib.

“Bu, sadəcə, öz günahımızı gizlədib, Rusiya Federasiyasını diskreditasiya etmək deməkdir. Analoji tendensiya həm Ermənistan, həm da Qarabağda müşahidə edilir. Özümüzün günahı olduğu şeydə rusları ittiham etmək doğru olmazdı. Bunu edərək biz tələyə düşürük”, – o bildirib.

Akopyan həmçinin Ermənistanın regionda artıq heç bir effektinin olmadığını söyləyib:

“Ermənistan baş nazirinin bəyanatlarının artıq regionda heç bir effekti yoxdur, çünki Paşinyan hökuməti danışıqları aparan yox, onun predmetidir. Yəni artıq danışıqlar onların özləri barəsində gedir. “Biz sülh yolu ilə getməliyik” bəyanatlarının mənası yoxdur, çünki regiondakı proseslər Ermənistan hökumətinin iradəsindən kənar baş verir”.

Xəbər xətti