Sərhəddə atışma: erməni korpus komandiri vuruldu

GÜNDƏM bölməsi

17:40 - 11 Aprel 2023

 Sərhəddə atışma: erməni korpus komandiri vuruldu

Ermənistan və Azərbaycan əsgərləri arasında atışma 15-20 dəqiqə davam edib.

Bu barədə “Hraparak” qəzetinə Ümumerməni Milli Dövlətçilik Partiyasının sədri Artur Vardanyan məlumat verib.

Qəzet Ermənistan tərəfindən ölənlərin sayının 3-ə çatdığını yazıb. Yaralananların sayı isə qeyd edilməyib və yalnız çox olduğu deməklə kifayətlənib.

Üstəlik yaralılar arasında Ermənistan xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın olduğu vurğulanıb.

Bununla yanaşı Ermənistan tərəfinin yaralılarının atışma zonasında qaldığı və onların evakuasiyasının mümkün olmadığı vurğulanıb.

Xəbər xətti