İtkin düşmüş hərbçilərimiz haqda qəribə məlumat yayıldı - Detallar

GÜNDƏM bölməsi

15:48 - 10 Aprel 2023

 İtkin düşmüş hərbçilərimiz haqda qəribə məlumat yayıldı - Detallar

Əminəm ki, Ermənistan ərazisinə gələn azərbaycanlı hərbçilər itkin düşməyiblər, kəşfiyyat məqsədilə gəliblər.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə azərbaycanşünas Tatevik Hayrapetyan çıxış edib.

“Xüsusilə bir çox hərbi əsirimizin Azərbaycanda olduğunu nəzərə alsaq deyə bilərik ki, onları asanlıqla buraxmaq olmaz. Bunun belə olacağına ümid edirəm”, – T.Hayrapetyan qeyd edib.

Məlumat üçün bildirək ki, erməni teleqram kanalları azərbaycanlı əsgərlərin yerli sakinlərdən çörək alıb yediyini, paltarını orada dəyişdiyini, həmçinin mağazanın qarşısında kart oynadıqlarını yazıblar.

Maraqlıdır, kəşfiyyat məqsədi ilə gələn hərbçilər bütün bunları edib özlərini təhlükəyə atarmı? Bu faktın özü belə ermənilərin itkin düşmüş azərbaycanlı hərbçiləri kəşfiyyatçı kimi qələmə verməklərinin əsassız olduğunu göstərir.

Qeyd edək ki, erməni mediası əvvəlcə Qarakilsədə, daha sonra isə Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndi yaxınlığında “azərbaycanlı əsgər” olduğu bildirilən şəxsin saxlanıldığını yazıb. Paylaşılan videoda onun hərbi formada olmadığı görünəndən sonra isə “əsgərin” paltarını dəyişdiyi versiyası tirajlanıb.

Azərbaycan MN yayılan video ilə bağlı açıqlama verməyib.

Xəbər xətti