Ermənilər Laçın yolu ilə bağlı Rusiyanı günahlandırdı - Sorğu

GÜNDƏM bölməsi

22:56 - 7 Aprel 2023

 Ermənilər Laçın yolu ilə bağlı Rusiyanı günahlandırdı - Sorğu

Tanınmış “GALLUP” şirkətinin Ermənistan təmsilçisi “Marketing Professional Group” 23-27 mart 2023-cü il tarixində 1100 Ermənistan vətəndaşı arasında sorğu keçirib.

Yenipress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ermənistan əhalisi arasında da Rusiyaya qarşı ictimai rəy kəskin xarakter alır:

“Laçin yolunun bağlı olmasında günah kimdədir”, sualına, 36,3% “Azərbaycan günahkardır” cavabını verib, halbuki yanvar ayı sorğusunda 42,5% bu cavabı vermişdi. “Günahkar Rusiya və Rus sülhməramlılarıdır”, cavabını verənlər 50,5% təşkil edib, öncəki sorğuda 42,2% belə cavab vermişdi. “Günahkar Türkiyədir” deyənlər 19,1% olub, “Günah Xənkəndindəki rejimdədir”, deyənlər 7,3% təşkil edib.

Görünən odur ki, Rusiyaya qarşı tək bizdə deyil, Ermənistanda da ictimai rəy kəskinləşir, bunu mütləq nəzərə almaq lazımdır, amma əsas məsələ odur ki, Xankəndindəki rejimi günahkar sayan 7,3% Ermənistan vətəndaşı var, onlar bəlkə də qonşu ölkənin xilası oldular, belə vətəndaşların sayları artsa, sülh də olacaq”.

Yenipress.az

Xəbər xətti