Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi: Nə üçündür?

GÜNDƏM bölməsi

17:45 - 6 Aprel 2023

 Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi: Nə üçündür?

Hazırda biz yeni dünya düzəninin formalaşması ərəfəsindəyik. Bizi gözləyən bəhs etdiyimiz quruluş da böyük ehtimal çoxqütblü olacaq. Türk dünyasının da belə qütblərdən, yaxud kvazi qütblərdən biri olacağı düşünülür.

Bu sözləri Yenipress.az-a “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin təsdiq edilməsi barədə” qanun layihəsinin qəbulu barədə danışan politoloq Elşən Məcidov deyib.

Politoloq layihənin reallaşması ilə türk dünyasının yeni qütbə çevriləcəyini bildirib:

“Ölkələrimiz arasında investisiya qoyuluşunun artırılması və fondların qurulması, nəqliyyat və logistika sisteminin yaradılması üçün fəal işlər aparılır. Artıq Azərbaycan ilə Türkiyə arasında böyük nəqliyyat və neft-qaz ixracı şəbəkəsi qurulub. Ələt limanı vasitəsilə də yaxın gələcəkdə Orta Asiya ölkələri də buraya qoşulacaq. Beləliklə iqtisadi inteqrasiya ümumi inteqrasiyanın əsasını təşkil edəcək və bu, davamlılığı gətirəcək. Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması da bunun üçündür. Azərbaycan Milli Məclisi üzərinə düşən addımı atdı. Digər qardaş ölkələrin də eyni addımı atması həm yaşadığımız bölgələri dünyanın yeni iqtisadi mərkəzinə və beynəlxalq münasibətlərdə özünün nüfuz dairəsi olan qütbə çevirəcək”.

Söhrab

Xəbər xətti