Mamaev həyat yoldaşına Balidə villa hədiyyə etdi

İDMAN bölməsi

19:35 - 27 Mart 2023

 Mamaev həyat yoldaşına Balidə villa hədiyyə etdi

Rusiya futbol yığmasının keçmiş oyunçusu Pavel Mamaev həyat yoldaşı Nadejda Sankoya Bali adasında 860 metrlik villa hədiyyə edib.

Yenipress.az xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı sosial şəbəkədə paylaşım edib.

“Sevimli adam oğlumuzun dünyaya gəlməsi münasibətilə inanılmaz hədiyyə etdi. Söhbət Balinin ən gözəl bölgəsindəki nəhəng, gözəl, qəşəng 860 metrlik villadan”, - paylaşımda bildirib.

Sanko villanın tikintisinin davam etdiyini bildirib.

Qeyd edək ki, Mamaev 2010-2016-cı illərdə Rusiya milli komandada çıxış edib. Millidə ümumilikdə 15 oyun keçirən yarımmüdafiəçi bu ilin fevralında karyerasını başa vurduğunu açıqlamışdı.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər