Tacikistanda 7,3 bal gücündə zəlzələ oldu

DÜNYA bölməsi

08:41 - 23 Fevral 2023

 Tacikistanda 7,3 bal gücündə zəlzələ oldu

Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Çin vaxtı ilə səhər saat 8:37-də (Bakı vaxtı ilə 4:37) qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, fevralın 22-də Sincan Uyğur muxtar rayonunun Ağsu prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib.

Xəbər xətti