Muğanda Ana dili Günü ilə bağlı mədəni aksiya keçirildi

DÜNYA bölməsi

10:54 - 21 Fevral 2023

 Muğanda Ana dili Günü ilə bağlı mədəni aksiya keçirildi

Güney Azərbaycanın Parsabad şəhərində 21 Fevral Beynəlxalq Ana dili Günü münasibətilə mədəni tədbir keçirilib.

Yenipress.az xəbər verir ki, tədbir milli-mədəni fəallar tərəfindən təşkil edilib.

Mədəni fəallar parsabadlı uşaqlara Azərbaycan dilində nəşr edilmiş uşaq kitabları paylayıb, əhali arasında ana dili ilə bağlı yazılı vərəqələr yayıblar.

Qeyd edək ki, hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, hər il Beynəlxalq Ana dili Günü və yeni təhsil ilinin başlanması ilə əlaqədar Güney Azərbaycanda oxşar mədəni aksiyalar keçirilir.

Xəbər xətti


Digər xəbərlər