Vardanyan Bakının tələbi ilə “vəzifədən” azad ediləcək

DÜNYA bölməsi

09:49 - 21 Fevral 2023

 Vardanyan Bakının tələbi ilə “vəzifədən” azad ediləcək

Ruben Vardanyan yaxın günlərdə tutduğu “vəzifədən” azad ediləcək. “Baş prokuror” Qurgen Nersisyan vəzifəsi azaldılmış “dövlət naziri” postuna təyin ediləcək.

Yenipress.az xəbər verir ki, bunu erməni analitiki Tiqran Qriqoryan deyib.

“Vardanyan Qarabağda qalacaq və bundan sonra da “ölkənin siyasi” həyatında fəal iştirak edəcək, “müxalifət qüvvələrini” birləşdirməyə çalışacaq. Təbii ki, çoxları bunu Bakının təzyiqinin nəticəsi hesab edəcək. Lakin hər şey daha mürəkkəbdir. Bu zaman daxili dinamika daha önəmlidir”, - o bildirib.

Qeyd edək ki, son günlər erməni politoloqları və bəzi media orqanları Bakının tələbi ilə Vardanyanın “vəzifədən” çıxarılacağını bildirmişdilər.

Yenipress.az

Xəbər xətti