İstanbulda Güney Azərbaycan Forumu keçiriləcək

DÜNYA bölməsi

22:05 - 20 Fevral 2023

 İstanbulda Güney Azərbaycan Forumu keçiriləcək

Aprel ayında İstanbulda Güney Azərbaycan Forumu keçiriləcək.

Yenipress.az xəbər verir ki, bu barədə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy məlumat yayıb.

O bildirib ki, forumun təşkilat komitəsi tədbirlə əlaqədar tələbələr arasında xüsusi müsabiqə keçirməklə bağlı qərar qəbul edib:

"Bildiyiniz kimi son aylar İranda olan insan haqları ilə bağlı etirazlar bizim soydaşlarımızı ikiqat zərbə altında qoyub. Onilliklər boyunca davam edən təzyiqlər, qorxu hakimiyyəti, ana dilində məktəblərin qadağan olunması, ana dilində adların qoyulması, iqtisadi, siyasi anlamda - hər formada yoxsullaşdırma Güney Azərbaycanın 40 milyondan çox əhalisinə yetərincə zərbə vurub. Son illərdə Urmiya gölünün qurudulması ilə bölgənin məqsədli şoranlaşdırlması əkinçiliklə məşğul olan soydaşlarımızın axırıncı dolanışıq qaynağını da məhv edirdi. Yəni ağır həyat biraz da çətinləşdirilib.

Bu problemlərə Türkiyəli qardaşlarımızın da diqqətinin cəlb edilməsi üçün tələbələrimizin fəaliyyətinə ehtiyacımız var.

Müsabiqə video müraciətlərin, filmlərin, məlumatlandırıcı tanıtım roliklərinin hazırlanması üçün elan edilir.

Şərtlər:

*videonu hazırlayan Türkiyədə təhsil alan bir tələbəmiz olmalıdır;

*video başqa bir yerli Türk tələbə ilə ortaq hazırlanmalıdır;

* video 5-7 dəqiqə müddətindən az və ya çox olmamalıdır;

*video Anadolu türkçesinde hazırlanmalı, alt yazılar ingiliscə olmalıdır;

*videoda Güney Azerbaycanda soydaşlarımızın yaşadığı bir problem əks olunmalı (ana dilində məktəb, Urmu gölü, milli kimliklerini göstərməklə bağlı qadağalar və sair);

* her videoda başda ən az 1 dəqiqə olmaq şərtilə Güney Azerbaycanla bağlı ümumi məlumat da verilməlidir.

Mükafatlar:

I yer 5000 tl;

II yer 3000 tl;

III yer 2000 tl

10 nəfərə həvəsləndirici mükafat

Hazırlanan videolar Twitterde #GuneyAzerbaycan, #GuneyAzerbaycanİstanbulForumu #Aynurİmranova, #İnterbrandEğitimveSağlıkTurizmiDanışmanlık etiketləri ilə paylaşılacaq.

Daha çox paylaşılan və bəyənmə toplayan videolar dəyərləndiriləcək. Qaliblər İstanbuldakı Foruma dəvət olunacaqlar.

Müsabiqənin sponsoru İnterbrand Eğitim ve Sağlık Turizmi Danışmanlığıdır"

Xəbər xətti


Digər xəbərlər