İranda 5 ay komada qalan bəluc gənc həyatını itirdi

DÜNYA bölməsi

20:08 - 20 Fevral 2023

 İranda 5 ay komada qalan bəluc gənc həyatını itirdi

İranın Sistan və Bəlucistan əyalətində beş ay öncə repressiv hökumət qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Fərşid Dejənd adlı gənc aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib.

Yenipress.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 5 ay komada qaldıqdan sonra həyatını itirən gəncin ailəsinin şikayəti indiyədək heç bir nəticə verməyib.

Qeyd edək ki, o, Bəlucistanın köhnə Kərəmşah Sib və Soran kəndindən idi. Fərşid müalicəsi üçün Məşhəddəki xəstəxanalardan birinə köçürülmüşdü.

Xəbər xətti