Kreml bu ölkəyə xəbərdarlıq etdi

DÜNYA bölməsi

16:45 - 20 Fevral 2023

 Kreml bu ölkəyə xəbərdarlıq etdi

Moldova hakimiyyəti Dnestryanıda yerləşən Rusiya sülhməramlıları barədə daha diqqətli danışmalıdır.

Yenipress.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moldovanın Baş naziri Dorin Reçenin regionun demilitarizasiyası ilə bağlı sözlərinə cavab olaraq deyib.

“Moskva və Kişinyov arasında çox gərgin münasibətlər var, Moldova belə antirusiya isteriyasına sürüklənir. Dnestryanıya gəlincə, biz funksiyalarımızı yerinə yetirməyə davam edirik. Mən moldovalı həmkarlarımıza bu cür bəyanatlarla çox-çox diqqətli olmağı tövsiyə edərdim”, - o bildirib.

Qeyd edək ki, Reçen Dnestryanının Rusiya qoşunlarının çıxarılması yolu ilə demilitarizasiya edilməli olduğunu bildirib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər