Direktor tərəfindən təhqir olunan şagird intihara cəhd etdi - DİN-dən açıqlama

KRİMİNAL bölməsi

10:34 - 16 Fevral 2023

 Direktor tərəfindən təhqir olunan şagird intihara cəhd etdi - DİN-dən açıqlama

Nəsimi rayonu, 159 saylı orta məktəbin altıncı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat yayılıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə edilən paylaşımda şagirdin məktəbin direktoru tərəfindən təhqir edildiyi üçün intihar etmək istədiyi deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti qeyd olunan məlumatın polis əməkdaşları tərəfindən yoxlanıldığını, şərti adı A.A. olan şagirdin müəllimlərinin və valideynlərinin məlumatı təsdiq etmədiyini bildirib.

Qeyd olunub ki, şagird hazırda dərsdədir.

Xəbər xətti