İranın Azərbaycana sırıdığı üzük fırıldağı

TOPLUM bölməsi

23:27 - 31 Yanvar 2023

 İranın Azərbaycana sırıdığı üzük fırıldağı

2018-ci ildə meyxanaçı, iran məclislərinin mərsiyəçisi Elşən Xəzər video paylaşmış, əlindəki qırmızı qaşlı üzüyü "möcüzə" daşı kimi camatama sırmağa çalışmışdı. Meyxanaçı üzüyü su olan stəkana salaraq qırmızı qaşın işıqlandığını demiş, bunu Tanrının möcüzəsi adlandırmışdı. Ona inan bəzi “dindarlar” bu üzüyü elə təbliğ edirdilər ki, guya belə möcüzəvi daş var. Və İrandan bu möcüzəvi daşı almaq istəyən avam dindarlar min manat verib bu üzükdən alırdılar.

Yenipress.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, əslində bu, əməlli-başlı fırıldaq imiş:

“Bu tipli üzüklər saxtadır və qaşın içərisinə kiçik lampa qoyulub. Bu günlərdə bir azərbaycanlı İranlı mollaların guya “bu üzük sınarsa, onu daşıyan cəhənnəmə düşər” sözlərindən qorxmayaraq, üzüyü sındırıb və məlum olub ki, bu üzük içərisində xüsusi lampa var ki, suya düşən kimi işıq saçır”.

Yenipress.az

Xəbər xətti