Sumqayıt sakini maşınını 1,5 milyona satışa çıxardı - Fotolar

TOPLUM bölməsi

15:44 - 19 Yanvar 2023

 Sumqayıt sakini maşınını 1,5 milyona satışa çıxardı - Fotolar

Teymur Məmmədov adlı Sumqayıt sakini retro maşınını satışa çıxarıb.

Yenipress.az xəbər verir ki, bu barədə Turbo.az saytında elan qoyulub.

O, Azərbaycanda yeganə, 1938-ci il buraxılışı olan “Mersedes 170 V” avtomobilini 850 min dollara (təxminən 1,5 milyon manata) təklif edir.

Avtomobilin ideal vəziyyətdə olduğu qeyd olunub.

Bildirilib ki, Kupe-sedan tipli maşın geridə qalan illərdə 82 min kilometr yol qət edib.

2,4 litrlik benzin mühərrikə malik nəqliyyat vasitəsi 85 at gücünə malikdir.

Yenipress.az

Xəbər xətti