Məzahir Pənahov bir həftədə iki oğluna toy etdi

MAQAZİN bölməsi

13:37 - 12 Yanvar 2023

 Məzahir Pənahov bir həftədə iki oğluna toy etdi

Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov oğullarına toy edib.

Yenipress.az xəbər verir ki, MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib.

Belə ki, M.Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova "Buta Palas"da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova "Fairmont" hoteldə dəbdəbəli toy edib.

Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub.

Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar, bir çox nüfuzlu iş adamları iştirak edib.

Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə edib.

Mərasimdə gəlinlərə bahalı qızıl-brilyant hədiyyə ediblər.

MSK sədri Məzahir Pənahov Manşet.az-a açıqlama verərək, toy mərasimlərinin keçirildiyini təsdiq edib və dəstəyi asıb.

Xəbər xətti