Avstraliya 684 milyon dollara bu raketləri alır

DÜNYA bölməsi

10:42 - 5 Yanvar 2023

 Avstraliya 684 milyon dollara bu raketləri alır

Avstraliya 684 milyon dollara dəniz raketləri və HİMARS sistemləri alır.

Yenipress.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edilir ki, Avstraliya hökuməti Kongsberg ilə 2024-cü ildən etibarən Hobart esmineslərində və Anzak freqatlarında istifadə olunacaq Dəniz Hücum Raketi (NSM) üçün müqavilə imzaladığını bildirib.

Məlumata əsasən, Avstraliya HİMARS sistemlərini, o cümlədən buraxılış qurğuları, raketlər və təlim raketləri almağı planlaşdırır.

“Mövcud strateji şəraitdə Avstraliya Müdafiə Qüvvələrinin yüksək texnologiyalı, hədəflənmiş hərbi imkanlarla təchiz edilməsi vacibdir”, - Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib.

Yenipress.az

Xəbər xətti