Lavrov Bayramovla Laçın-Xankəndi yolundakı vəziyyətdən danışdı

SİYASƏT bölməsi

15:45 - 22 Dekabr 2022

 Lavrov Bayramovla Laçın-Xankəndi yolundakı vəziyyətdən danışdı

Dekabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Onlar regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqlarının olması səbəbindən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyəti də müzakirə ediblər.

Sergey Lavrov Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Yenipress.az

Xəbər xətti