İrandan Xankəndi yolundakı aksiyaya münasibət

SİYASƏT bölməsi

16:05 - 21 Dekabr 2022

 İrandan Xankəndi yolundakı aksiyaya münasibət

İran Laçın dəhlizinin bağlanması ilə bağlı humanitar məsələlərin həllini vacib sayır.

Yenipress.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri bildirib.

Diplomat vurğulayıb ki, İran hər zaman regionda baş verən hadisələrlə bağlı mövqeyini ortaya qoyub və bu, hər kəsə aydın olub.

“İran həmişə ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətə xüsusi diqqət yetirib. Biz Laçın dəhlizi ilə bağlı humanitar məsələlərin həllinin vacibliyini dəfələrlə qeyd etmişik və vurğulamışıq”, - səfir bildirib.

Onun sözlərinə görə, regionda humanitar məsələlər hər mərhələdə prioritet olmalıdır və bütün problemlərin həllinin ən yaxşı yolu danışıqlardır:

“Əhalinin sağlamlığı məsələsi çox önəmlidir. Ümid edirik ki, vəziyyət ən qısa zamanda həll olunacaq və hər şey yaxşı olacaq”.

Yenipress.az

Xəbər xətti