FİFA DÇ-də iştirak edən komandalara nə qədər pul verib? - Fantastik rəqəmlər

İDMAN bölməsi

10:10 - 20 Dekabr 2022

 FİFA DÇ-də iştirak edən komandalara nə qədər pul verib? - Fantastik rəqəmlər

FİFA dünya çempionatında iştirak edən 32 yığmaya ümumilikdə 440 milyon ABŞ dolları verib.

Yenipress.az xəbər verir ki, Lionel Messinin kapitanı olduğu cənubi amerikalılar isə 36 ildən sonra kuboku qazanmaqla 42 milyon dollar əldə ediblər.

Argentinanın finalda məğlub etdiyi Fransa isə 38 milyona sahib olub. Mundialın bürünc medalına sahib olan xorvatlar 28, dördüncü yeri tutan Mərakeş millisi isə büdcəsini 25 milyon zənginləşdirib.

Çempionata ev sahibliyi edən Qətər isə qazancını 9 milyon dollarla yekunlaşdırıb.

Yenipress.az

Xəbər xətti