FİFA Qətərdəki çempionatdan nə qədər qazanıb?

İDMAN bölməsi

10:53 - 17 Dekabr 2022

 FİFA Qətərdəki çempionatdan nə qədər qazanıb?

FİFA prezidenti Canni İnfantino Qətərdə keçirilən dünya çempionatını tarixin ən yaxşısı adlandırıb.

Yenipress.az xəbər verir ki, o, FİFA-nın bu mundialdan 7,5 milyard dollar gəlir əldə etdiyini açıqlayıb.

"Bu, tarixin ən yaxşı dünya çempionatı idi. DÇ bütün istiqamətlərdə inanılmaz dərəcədə uğurlu keçdi. FİFA-nın bu mundialdan əldə etdiyi gəlir 7,5 milyard dollardır. Bu, 4 il əvvəlki çempionatdan əldə edilən gəlirdən 1 milyard dollar çoxdur. Bu il dünya çempionatının oyunlarına 3,27 milyon tamaşaçı gəlib. Bu rəqəm Rusiyadakı çempionatda 3,03 milyon nəfər idi. Azarkeşlərin çoxu turnirə Səudiyyə Ərəbistanı, Hindistan, ABŞ, Böyük Britaniya və Meksikadan gəlib”, - deyə o bildirib.

Yenipress.az

Xəbər xətti