Sülhməramlılara güc tətbiq edilsə, Bakını bombalayacağıq! - Rusiyadan şok

GÜNDƏM bölməsi

11:20 - 15 Dekabr 2022

 Sülhməramlılara güc tətbiq edilsə, Bakını bombalayacağıq! - Rusiyadan şok

Qarabağdakı aksiyalarda sülhməramlılara qarşı güc tətbiq ediləcəyi təqdirdə Rusiya tərəfi cavab verməyə məcbur olacaq.

Yenipress.az xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Aleksandrov deyib.

“Prinsipcə Rusiyanın quru əməliyyatlar həyata keçirmədən raket zərbələri ilə Bakının neft sənayesini bombalamaq, Azərbaycan enerji sistemini tamamilə məhv etmək imkanları var. Yeri gəlmişkən, Bakının neft sənayesini bombalasaq, Qərb də bundan əziyyət çəkəcək. Çünki Qərbə neft axmayacaq, dərhal da neft qiymətləri qalxacaq”, - Aleksandrov bildirib.

Yenipress.az

Xəbər xətti