Rövnəq Abdullayev Fransa-Mərakeş oyunu üçün Qətərə getdi

İDMAN bölməsi

09:43 - 15 Dekabr 2022

 Rövnəq Abdullayev Fransa-Mərakeş oyunu üçün Qətərə getdi

AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatının keçirildiyi Qətərə səfər edib.

Yenipress.az xəbər verir ki, o, ötən gün DÇ-nin yarımfinal mərhələsində üz-üzə gələn Fransa və Mərakeş komandasının qarşılaşmasını izləyib.

Matçı izləyənlər arasında FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov da olub.

Qeyd edək ki, oyun Fransanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti