Azərbaycanda futbol şərhçisi faciəvi şəkildə öldü

İDMAN bölməsi

13:25 - 13 Dekabr 2022

 Azərbaycanda futbol şərhçisi faciəvi şəkildə öldü

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Bu barədə Yenipress.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

Araşdırma aparılır.

Qeyd edək ki, Elvin Rüstəmov Neftçi TV-də şərhçi kimi fəaliyyət göstərib. O, Xızı rayonu Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi idi.

Xəbər xətti