DÇ-də sensasiya: Xorvatiya Braziliyanı məğlub etdi

İDMAN bölməsi

21:52 - 9 Dekabr 2022

 DÇ-də sensasiya: Xorvatiya Braziliyanı məğlub etdi

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yenipress.az xəbər verir ki, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda da Yaponiyanı penaltilər seriyası ilə üstələyib.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

Xəbər xətti