İspaniya millisinə yeni baş məşqçi təyin edildi

İDMAN bölməsi

18:00 - 8 Dekabr 2022

 İspaniya millisinə yeni baş məşqçi təyin edildi

İspaniyanın futbol üzrə millisinə yeni baş məşqçi təyin olunub.

Yenipress.az xəbər verir ki, baş məşqçi vəzifəsi Luis de la Fuenteyə həvalə edilib.

Altmış bir yaşlı məşqçi ilə dekabrın 12-də rəsmi müqavilənin imzalanacağı bildirilir. De la Fuente bundan əvvəl İspaniyanın U-21 yığmasına rəhbərlik edib.

Qeyd edək ki, İspaniya komandasının dünya çempionatının səkkizdəbir finalında Mərakeş millisinə məğlub olması Luis Enrikenin istefası ilə nəticələnib.

Xəbər xətti