Azərbaycanın "özəlliyi": Dünyada ərzaq ucuzlaşır, bizdə bahalaşır...

İQTİSADİYYAT bölməsi

23:52 - 6 Dekabr 2022

 Azərbaycanın

Bu ilin əvvəlindən nazirlər, deputatlar, məmurlar ərzaq qiymətlərinin artmasını dünyada gedən proseslərlə izah etməyə çalışırdılar. Bu ilin may ayında Samir Şərifovun belə bir açıqlaması olmuşdu: “Ölkəmizə xarici mənfi təsirlər var, söhbət infilyasiyanın artmasından gedir. Bunun da səbəblərindən biri ərzaq məhsullarının qiymətlərinin dünya miqyasında artması olub”.

Yenipress.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli dünyada gedən prosesləri təqdim edib.

“Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qlobal ərzaq qiymətləri 6 aydır ki, davamlı olaraq ucuzlaşır: Bitki yağı qiymətlərinin indeksi aylıq 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib. Süd məhsullarının qiymət indeksi ayda 0,6 faiz azalıb, ətin qiymət indeksi yüzdə 0,5 faiz geriləyib, şəkərin qiymət indeksi sentyabr ayında 0.7 faiz azalıb.

Bəli, dünyadan ərzaq məsələsində asılıyıq, ərzaqla özümüzü cəmi 25% təmin edirik, dünyada qiymət artanda bizə də təsir edir - yaxşı, bəs qiymət azalanda niyə bizə heç bir təsiri olmur?! Bu necə asılılıqdır ki, ancaq birtərəfli, bahalığa doğru işləyir?! Deməli, problemlərin kökü bu deyil: Azərbaycandakı inflyasiyanın səbəbi daxili problemlərdən qaynaqlanan məsələlərdir. İllərdir korrupsiya, inhisarçılıq, vergi və gömrük siyasəti ilə də bağlı problemlər dilə gətirilsə də, həlli yolları ilə bağlı hansısa addımlar atılmır. Aylardır heç olmasa həm ərzaqlarda, həm də dərmanlarda əlavə dəyər vergisinin və gömrük rüsumlarının aşağı salınmasını təklif etmişik, amma cavab vermirlər, məsələni müzakirə belə etmək istəmirlər”.

Xəbər xətti