Belarusa qarşı yeni sanksiyalar tətbiq olundu

DÜNYA bölməsi

17:20 - 16 Aprel 2024

 Belarusa qarşı yeni sanksiyalar tətbiq olundu

ABŞ və Kanada Belarusa qarşı sanksiyalar tətbiq edib. Bir sıra fiziki və hüquqi şəxslərə münasibətdə məhdudiyyətlər tətbiq olunub.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yayılıb.

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi 12 hüquqi və 10 fiziki şəxsə məhdudiyyət tətbiq edib. Onların arasında Belarusun dövlət müəssisələri, Minskə ABŞ-dan avadanlıq almağa kömək edən Çin şirkəti və onun beş əməkdaşı var”, - məlumatda deyilir.

Eyni zamanda, Vaşinqton qlobal silah alveri şəbəkəsində iştirak edən və ABŞ tərəfindən müəyyən edilmiş Belarus müdafiə şirkəti ilə iş görən beş qurum və beş fiziki şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib:

“Qərar ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu ilə koordinasiyalı səylərin nəticəsidir”.

Xəbər xətti