Almatı bəyannaməsi bizim üçün əsasdır - Maraqos

SİYASƏT bölməsi

17:29 - 16 Aprel 2024

 Almatı bəyannaməsi bizim üçün əsasdır - Maraqos

Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsini imzalayıb və bu bəyannamədə 11 sovet respublikası onların inzibati sərhədlərinin həm də beynəlxalq sərhədləri ola biləcəyini bəyan edib. Bu öhdəlik 2022-ci ildə Praqada Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən təsdiqlənib. Bu, həm də bu ölkələrin hər birinin AB tərəfindən tanınması üçün əsasdır. İnzibati sərhəd heç vaxt beynəlxalq sərhəd olmayıb, ona görə də onun düzgün delimitasiyası və demarkasiyası lazımdır. Lakin bizim üçün əsas hər iki ölkənin imzaladığı Almatı bəyannaməsidir.

Yenipress.az xəbər verir ki, bunu AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos deyib.

“AB sülh yolu ilə nizamlanma prosesində fəal iştirak edir, birincisi, Prezident Mişel səviyyəsində çağırılan liderlərin görüşləri, eləcə də AB-nin xüsusi nümayəndəsi Klaarın tərəflərlə apardığı gündəlik işlər bunu göstərir. Delimitasiyaya gəldikdə isə bu, ikitərəfli səviyyədə həyata keçirilir və biz beynəlxalq hüququn müddəalarına və Almatı bəyannaməsinə uyğun qərarları dəstəkləyirik. Sözügedən prosesdə təbii ki, bütün ərazilər, o cümlədən Azərbaycan bölmələrinin yerləşdiyi və Ermənistan SSR-in tərkibində olan ərazilər, habelə Ermənistan bölmələrinin yerləşdiyi və Azərbaycan SSR ərazisində olan ərazilər müzakirə edilməlidir. AB həmişə hər hansı bir təhdiddən çəkinməyin, eləcə də Ermənistanla Azərbaycan arasında həll olunmamış bütün problemlərin yalnız sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb”, - o bildirib.

Xəbər xətti