Ərdəbildə İsrailə görə sosial media fəalı həbs edildi

DÜNYA bölməsi

17:00 - 16 Aprel 2024

 Ərdəbildə İsrailə görə sosial media fəalı həbs edildi

Ərdəbil şəhərində sosial media fəalı kiberpatrul tərəfindən müəyyən edilərək saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Ərdəbilin Ümumi və İnqilab prokuroru Calal Afaqi açıqlamasında bildirib.

O, saxlanılan şəxsin kimliyi barədə məlumat verməyərək, onun kiberməkanda yalan məlumatlar yaydığını deyib.

"Həbs edilən şəxs kiberməkanda İran və İsrail arasında baş verən son gərginliklə bağlı materiallar yayıb",- Afaqi bildirib.

Xəbər xətti