Azərbaycan Zəngəzuru da alacaq, 1000 kv.km ərazini də – Baqratyan

SİYASƏT bölməsi

13:26 - 5 Dekabr 2022

 Azərbaycan Zəngəzuru da alacaq, 1000 kv.km ərazini də – Baqratyan

Azərbaycan təkcə Qarabağı deyil, Zəngəzur dəhlizini də, üstəlik dəhlizətrafı ərazinin təxminən 1000 kvadrat kilometrini də nəzarəti altına alacaq.

Yenipress.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan erməni mətbuatına açıqlamasında deyib.

“Dövlət strukturlarımız bunu bizə təxminən 210 kvadrat kilometr itki kimi qeyd edir. Sadə hesablama ilə anlamaq olar ki, bu rəsmi rəqəmlər düz deyil. Təxminən iki ay əvvəl aldığımız məlumata əsasən, Azərbaycan Zəngəzurda 2300 kvadrat kilometr əraziyə nəzarət edir. Bu isə çox geniş bir ərazidir”, - deyə o qeyd edib.

Əli Şans

Xəbər xətti