ANS TV-nin keçmiş aparıcısı, hərbi telejurnalist Rahib Qərib 1993-cü ildə yaradılan, Azərbaycan Ordusunun yaranma və formalaşma tarixini, Qarabağ savaşının salnaməsini əks etdirən süjet, veriliş və sənədli filmlər ərsəyə gətirən Müdafiə Nazirliyinin kino-telestudiyası haqda şəxsi arxivindən görüntülər paylaşıb.
Yenipress.az xəbər verir ki, o, bu barədə Feysbuk hesabında məlumat yayıb.
“Güc nazirliklərinin sırasında 1993-cü ildə ilk dəfə Müdafiə Nazirliyində kino-telestudiya yaratdıq və ordumuzun inkişaf tarixini çəkdik. Birinci Qarabağ savaşının salnaməsini yazdıq. AzTV-də ilk peşəkar hərbi proqram olan AND verilişini 2008-ci ilə qədər efirə verdik”, - o bildirib.
R.Qərib qeyd edib ki, vaxtilə bu studiyanın rəisi Seyidağa Mövsümlü, operatoru Mahir Nəsibov, sürücüsü isə İlqar Behbudov olub.
Sayalı