Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərsu ASC-dən Yenipress.az-ə verilən məlumata görə, qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.