90-cı illərə qədər mövcud olan Gəncə şəhərinin girişindəki “Qız əlində piyalə” heykəli yoxa çıxıb.
Yenipress.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.
O bildirib ki, heykəl 4 mərtəbəli bina hündürlüyündə, allüminiumdan hazırlanıbmış:
“Bu abidə 1990-cı illərin əvvəllərində birdən-birə yoxa çıxıb, bu günə qədər də onun taleyi barədə məlumat yoxdur. Gəncənin qocaman sakinlərinin dediklərinə görə, onu söküb alliminium kimi kimlərəsə satıblar. Bəzilərinə görə isə kimsə aparıb hardasa saxlayır”.