Maskın Tvitterdə kütləvi ixtisarları davam edir

İKT bölməsi

10:20 - 5 Noyabr 2022

 Maskın Tvitterdə kütləvi ixtisarları davam edir

İlon Mask Tvitteri aldıqdan sonra başlatdığı kütləvi ixtisarlar davam edir.

Yenipress.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Məlumata görə, bu dəfə şirkətdə ixtisar olunanlar sosial şəbəkədə yalan məlumatların yayılmasına qarşı mübarizə aparan işçilərdir.

NDTV kanalı isə rəhbərliyin Hindistandakı ofislərinin işçilərinin kütləvi şəkildə ixtisarına icazə verdiyi barədə məlumat yayıb. Artıq Hindistanda işçilərin 50%-dən çoxu işdən azad olunub.

Qeyd edək ki, ixtisarlar noyabrın 1-dən başlayıb.

Yenipress.az

Xəbər xətti